XƏBƏRLƏR / Qonşular

İran pullarından dörd sıfırı silir

Prezident Pezeşkian rialın denominasiyası haqda fərman imzalayıb

İran pullarından dörd sıfırı silir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran prezidenti Məsud Pezeşkian milli valyutanın denominasiyası haqqında fərman imzalayıb.

    Bu barədə prezident administrasiyasının bəyanatında bildirilib.

    “İran İslam Respublikası Konstitusiyasının 123-cü maddəsinin tətbiqi məqsədilə Məsud Pezeşkian Mərkəzi Bankı (Mərkəzi Bank haqqında Qanunun 58-ci maddəsinin (a) bəndinə (milli valyutanın yenidən denominasiyasını nəzərdə tutan - red.) edilən düzəlişin qüvvəyə minməsi barədə Mərkəzi Banka məlumat verib”, - deyə bəyanatda bildirilir.

    Rial milli valyutanın tarixi adını daşıyan daha kiçik bir vahid olan 100 kerandan ibarət olacaq. Parlament tərəfindən təsdiq edilən valyutaya tədricən keçid üç il çəkəcək və bu müddət ərzində həm köhnə, həm də yeni növ əskinasların istifadəsinə icazə veriləcək.

    Bundan əvvəl İran Konstitusiyasının Keşikçi Şurası milli valyuta əskinaslarından dörd sıfırın çıxarılması qərarını konstitusiyaya zidd hesab etməmişdi.

    İran yüksək inflyasiya (38,9%) və rialın sürətlə zəifləməsi fonunda milli valyutasını denominasiya edir.