Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkyanla görüşüb
Bu barədə İran mediası xəbər yayıb
Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Tehranda İran Prezidenti Məsud Pezeşkyanla görüşüb.
Görüşdə İran-Azərbaycan münasibətlərinin inkişafı müzakirə olunub.
İran Prezidentinin rəsmi informasiya portalının məlumatına görə, Pezeşkian iki ölkə arasında münasibətlərin inkişaf dinamikasına toxunaraq, Tehran və Bakı arasında əlaqələrin daha da dərinləşdirilməsi və genişləndirilməsi üçün mövcud imkanlardan maksimum istifadə edilməsinin vacibliyini vurğulayıb.
“Biz bir-birimizlə qohum və qardaşıq. Mövcud imkanlardan və qonşuluq üstünlüyündən istifadə edərək iki ölkə arasında münasibətləri və əlaqələri daha da genişləndirməliyik”, – deyə İran Prezidenti bildirib.
Məlumatda deyilir: "Quru, hava və dəmir yolu marşrutlarının inkişafı Tehran və Bakı arasında münasibətlərin möhkəmləndirilməsi üçün zəmin yaradır".
Nəqliyyat və dəhliz marşrutlarının gücləndirilməsi və mövcud imkanlardan istifadə edilməsi də vurğulanıb.
1 dəqiqə