Ərdoğan Türkiyəyə qayıdıb
Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Baş Assambleyasına qatılmaq üçün ABŞ-da idi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan TRK təyyarəsi bu gün səhər saat 7:45-də (Bakı vaxtı ilə 08:45) Atatürk Hava Limanına enib.
Ərdoğanı vitse-prezident Cevdet Yılmaz, İstanbul valisi Davud Gül və AK Partiya İstanbul İl sədri Abdullah Özdemir qarşılayıb.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Güler, Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın, Prezident Administrasiyasının Kommunikasiyalar direktoru Burhanəddin Duran İstanbula gəlib.