XƏBƏRLƏR / Qonşular

Ərdoğan bu gün KKTC-yə gedir

Türkiyə prezidentinin səfərləri başlayır

Ərdoğan bu gün KKTC-yə gedir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Yenidən “Prezident” seçilən Rəcəb Tayyib Ərdoğan seçkidən sonra ilk səfər etdiyi ölkələrin ənənəsini pozmayıb.

    Prezident Ərdoğan bu gün ilk dəfə Şimali Kipr Türk Respublikasına gedəcək.

    O, KKTC prezidenti Ersin Tatarla görüşəcək, Türkiyənin Kipr problemi və Şərqi Aralıq dənizindəki yol xəritəsi ilə bağlı mesajlar verəcək.

    "TRT Haber"ə görə, görüş zamanı adadakı hadisələr müzakirə ediləcək.

    Sabah isə Ərdoğan Azərbaycana səfər edəcək. O, həmkarı İlham Əliyevlə görüşəcək.

    İki lider Ankara-Bakı xəttində əməkdaşlığın daha da artırılmasını qiymətləndirəcəklər.

    Ərdoğan və Əliyev Azərbaycan və Ermənistan arasında dialoq prosesində əldə olunan irəliləyişi də müzakirə edəcəklər. Qafqazda daimi sülh və sabitliyin təmin olunması üçün mesajlar veriləcək.