Paşinyanın oğlu Aşotu oğurlayan qadına 4 il iş verdilər
Cəza icbari olduğu üçün qadını məhkəmə zalında sərbəst buraxıblar
Məhkəmə Ermənistan baş naziri Nikol Paşinyanın oğlu Aşotu qaçırmağa cəhddə ittiham olunan Qayane Akopyanı (Martirosyan) təqsirli bilib.
Məhkəmə ona 1 il sınaq müddəti olmaqla 4 il icbari iş kəsib. Artıq 22 gün həbsdə qaldığı üçün onun icbari cəzası 3 il 11 aya endirilib.