XƏBƏRLƏR / Qonşular

Paşinyan: Yeni konstitusiyanın qəbul edilməsi zəruridir

Ermənistanın baş naziri əhaliyə 1 saatlıq müraciət ünvanlayıb

Paşinyan: Yeni konstitusiyanın qəbul edilməsi zəruridir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • "Yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi zəruridir".

    Bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan xalqa müraciətində bildirib.

    Müraciətdə deyilir: "Vətəndaşlar arasında elə bir hiss yoxdur ki, Ermənistan Respublikasının Konstitusiyasını onlar özləri qəbul edib, ona səs veriblər. Sizə məlum olan siyasi səbəblərdən bu təsəvvür reallaşmadı.

    Biz əsrlər boyu başqalarının yaratdığı dövlətlərdə və kənardan tətbiq edilən hüquq sistemində yaşamışıq, ona görə də bu çoxəsrlik düşüncə davam edir. Biz qanunun aliliyini 130 və ya 200 il əvvəl bizə xarici hüquq normaları tətbiq olunanda necə qəbul edirdiksə, o cür də qəbul edirik.

    Ən mühüm məqam da məhz budur: biz qanunu 130, 200 il bundan əvvəl onların hüquqi münasibətlərinin bizə diktə etdiyi xarici ölkələrdə necə qəbul edirdiksə, o cür də qəbul etməyə davam edirik".

    Bir saata yaxın danışan Paşinyan əsas məsələnin - referendumun nə vaxt keçiriləcəyini açıqlamayıb.