XƏBƏRLƏR / Qonşular

Sabah Tehranda "3+3" formatında görüş keçiriləcək YENİLƏNİB

Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistanın xarici işlər nazirləri bir araya gələcək

Sabah Tehranda  "3+3" formatında görüş keçiriləcək YENİLƏNİB
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstan xarici işlər orqanları rəhbərlərinin oktyabrın 23-də Tehranda keçirilməsi planlaşdırılan “3+3” formatında keçiriləcək iclasında təmsil olunmayacaq. Bu barədə Gürcüstanın İnterpressnews agentliyi Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

    "Gürcüstan bu görüşdə iştirak etmir və heç vaxt da iştirak etməyib", - mətbuat xidmətinin bəyanatında deyilir.

    ***

    Sabah Tehranda xarici işlər nazirlərinin “3+3” formatında görüşü keçiriləcək. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib.

    “Sabah Tehranda “3+3” formatında görüşün keçirilməsi planlaşdırılır. Təfərrüatlar hələlik məlum deyil. Tezliklə əlavə məlumat veriləcək”, - Hacızadə bildirib.

    ***

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya, İran, Türkiyə və Azərbaycan xarici işlər nazirlərinin iştirakı ilə Tehranda keçiriləcək “3+3” platformasının sabahkı iclasında iştirak edəcək, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir.

    ***

    İRNA xəbər verir ki, sabah Tehranda XİN başçıları səviyyəsində "3+3" formatında görüş keçiriləcək.

    Oktyabrın 23-də Tehranda "3+3" formatında (Azərbaycan, Türkiyə, Rusiya, İran, Ermənistan, Gürcüstan) xarici işlər nazirləri səviyyəsində görüş keçiriləcək.

    Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva Sergey Lavrovun oktyabrın 23-də Tehranda planlaşdırılan danışıqlarını təsdiqləyir.

    Görüşdə regional məsələlərlə yanaşı, Azərbaycan-Ermənistan arasında sülh danışıqları da müzakirə mövzusu olacaq.