İranla Azərbaycan arasında dəmir yolu mübadiləsi 44% artıb
Dəmir yolu xətti ilə Azərbaycana sitrus meyvələri, sement, kimyəvi məhsullar və kafel daşınır
İranın “Şimal 2” Dəmiryolları İdarəsinin rəisi Qulamhüseyn Vələdi deyib: “Bu ilin birinci yarısında (İran təqvimi ilə yeni il 21 mart tarixindən basşlayır) Astara dəmir yolu terminalında Azərbaycan Respublikası ilə 322 min tondan çox mal mübadiləsi aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44 faizdən çox artım deməkdir”.
O, bu ilin 4 ayı ərzində dəmir yolu ilə ölkəyə idxal edilən malların həcminin 95.976 min ton olduğunu bildirib və qeyd edib: “Bu göstərici ötən ilin müvafiq dövründəki 46.455 min tonla müqayisədə 107% artıb”.
Vələdinin sözlərinə görə, bu ilin 6 ayında Astara dəmir yolu terminalından 98 min tondan çox yük ixrac edilib və 128 min tona yaxın yük tranzit yolu ilə nəql edilib.
“Bu dəmir yolu xətti ilə Azərbaycana daşınan ixrac mallarına sitrus meyvələri, sement, kimyəvi məhsullar və kafel daxildir. Ən əsas tranzit və idxal malları isə odun, taxta, qarğıdalı, mərcimək və s. məhsullardır”,- o, qeyd edib. (İRİB News)