İran Azərbaycan səfirliyinin işini bərpa etməsinə ümid edir
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib
İran Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin işini bərpa etməyə ümid edir, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani deyib.
“Atılan addımların başa çatması sayəsində Azərbaycanın İrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağımıza nikbin yanaşır və bu prosesi arzuolunan və perspektivli hesab edirik”.