XƏBƏRLƏR / Qonşular

Rusiyanın Baş naziri İrana gedib

Mixail Mişustin İrandan sonra oktyabrın 1-i Ermənistana yollanacaq

Rusiyanın Baş naziri İrana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün Rusiyanın Baş naziri Mixail Mişustin İrana səfər edir. İSNA xəbər verir ki, bu barədə Rusiya hökuməti açıqlama verib.

    Məlumata görə, Mixail Mişustin İran prezidenti Məsud Pezeşkian, eləcə də ölkə rəsmiləri ilə ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Tehrana yollanacaq.

    Bildirilib ki, baş nazirin İranın birinci vitse-prezidenti Məhəmməd Rza Ariflə də danışıqlar aparacağı nəzərdə tutulub.

    Qeyd olunub ki, tərəflər iqtisadi, ticarət, enerji, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəni və ictimai sahələrdə ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər.

    Mişustin İrandan sonra oktyabrın 1-i Ermənistana yollanacaq. O, İrəvanda Avrasiya Hökumətlərarası Şurasının iclasında və Avrasiya İqtisadi Forumunun plenar iclasında iştirak edəcək - Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti