Səudiyyə Ərəbistanı Suriyaya 6 mlrd dollar sərmayə qoyacaq
Ölkənin investisiya naziri əl-Falihin başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyəti Dəməşqə qəlib

Səudiyyə Ərəbistanı nümayəndə heyəti Suriyaya gəlib: 6 milyard dollara qədər investisiya gözlənilir.
Səudiyyə Ərəbistanının investisiya naziri əl-Falihin başçılıq etdiyi iş adamlarından ibarət nümayəndə heyəti illərlə davam edən vətəndaş müharibəsindən sonra ölkənin yenidən qurulmasına yönəlmiş investisiya konfransında iştirak etmək üçün Suriyadadır. Tərəflər 4-6 milyard dollar dəyərində müqavilələr imzalamağı planlaşdırırlar.
Suriyanın informasiya naziri əl-Mustafa bildirib ki, enerji, telekommunikasiya, maliyyə, tikinti və investisiya fondları sahələrini əhatə edən 44 saziş bağlanacaq.
Səfər zamanı artıq iki böyük layihəyə start verilib: Adra sənaye zonasında dəyəri 20 milyon ABŞ dolları olan ölkənin ilk ağ sement zavodunun tikintisi və 100 milyon dollara yaxın sərmayə ilə Ethraa Holding pərakəndə satış kompleksinin işə salınması.
Səudiyyə Ərəbistanı Suriyanın müvəqqəti hökumətini dəstəkləyir və hava limanlarına, otellərə və enerjiyə sərmayə qoymaqda maraqlıdır. Qeyri-sabitliyə baxmayaraq, əvvəllər İran və İsrail arasında münaqişə səbəbindən təxirə salınan investisiya konfransı Suriya infrastrukturunun bərpasında maraqlı olan Fars körfəzi və Türkiyənin şirkətlərinin iştirakı ilə keçirilir.