XƏBƏRLƏR / Qonşular

Ermənistan rus fərarisini ölkəsinə verməkdən imtina edib

Bu barədə “Novaya qazeta Avropa” qəzeti məlumat yayıb

Ermənistan rus fərarisini ölkəsinə verməkdən imtina edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Ukraynada müharibə başlayandan sonra qaçan fərarini Rusiyaya təhvil verməkdən imtina edib

    Raket qoşunlarının keçmiş atıcısı 25 yaşlı Semyon Subbotin 2024-cü ilin sentyabrında Rusiyanı tərk edərək Ermənistanda özünü leqallaşdırmağa çalışıb.

    “Novaya qazeta Avropa”nın məlumatına görə, o, 72 saat saxlanılıb. Daha sonra Rusiya təhlükəsizlik qüvvələri onu gizli şəkildə təcridxanadan çıxarmağa çalışsalar da, plan baş tutmayıb. Subbotin axtarışda olmasına və fərariliyə görə cinayət işi açılsa da, nəhayət azadlığa buraxılıb.