Türkiyədə meşə yanğınlarına görə 23 nəfər saxlanılıb
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib

Türkiyədə 4-22 iyul tarixlərində baş verən 61 meşə yanğınına görə 23 nəfər saxlanılıb.
Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkədəki səhifəsində bildirib.
O qeyd edib ki, saxlanılanlardan 4 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 19 nəfər barəsində isə polisin nəzarəti qətimkan tədbiri seçilərək sərbəst buraxılıb.