Simonyan Ermənistanın KTMT-dən çıxacağını istisna etməyib
“Sputnik Armenia” xəbər yayıb
"Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxa biləcəyini istisna etmirəm".
“Sputnik Armenia”nın xəbərinə görə, bunu Ermənistan Parlamentinin spikeri Alen Simonyan deyib.
Bununla yanaşı o, ölkəsinin BRICS ilə əməkdaşlığını vacib element hesab etdiyini vurğulayıb.
Simonyan bildirib ki, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.