XƏBƏRLƏR / Qonşular

İranda mollalar 4-cü gündür ki, interneti tam kəsiblər

ABŞ prezidenti Tramp İranda internetin işə salınması üçün İlon Maskla danışıq aparır YENİLƏNİB

İranda mollalar 4-cü gündür ki, interneti tam kəsiblər
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:45

    İranın xarici işlər naziri Abbas Əraqçi səfirliklərdə və nazirliklərdə internetə çıxışın tezliklə bərpa olunacağını açıqladı.

    Əraqçi internetin müvəqqəti olaraq bağlanmasının kütləvi etirazlar fonunda təhlükəsizlik səbəbi ilə baş verdiyini vurğuladı.

    İranda internet bir neçə gündür ki, bağlanıb.

    ***

    16:15

    Tramp İranda internetin işə salınması ilə bağlı: "Mümkünsə, interneti işə sala bilərik. İlonla danışacağıq. Çünki bildiyiniz kimi, o, bu cür işlərdə çox yaxşıdır. O, çox yaxşı şirkət idarə edir. Ona görə də İlon Maskla danışa bilərik. Sizinlə işim bitən kimi ona zəng edəcəyəm", - deyə ABŞ prezidenti Fox News-da bildirib.

    Qeyd edək ki, İlon Mask "Starlink", qlobal peyk sisteminin sahibidir.  "Space X"-ə aid olan sistem dünya miqyasında yüksək sürətli genişzolaqlı müstəqil internet təmin edir.

    ***

    15:11

    İranda internetin demək olar ki, tamamilə kəsilməsi təxminən 90 saatdır ki, davam edir. 

    Ölkədə mobil və stasionar telefonlar da fasilələrlə işləyir. Pul köçürmələri, kommunal ödənişlər və başqa onlayn xidmətlər çalışmır. Xəbər verilir ki, internet səfirliklərdə və nazirliklərdə də çalışmır.