Paşinyan yenə milli təhlükəsizlik strategiyasını dəyişir
Ermənistanda hazırkı milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib

Ermənistanın baş naziri Nikol Paşinyan milli təhlükəsizlik strategiyasının nəzərdən keçirilməsi üçün idarələrarası komissiyanın yaradılması haqqında fərman imzalayıb.
Məlumata görə, komissiyaya Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək. Onun tərkibinə nazir müavinləri, təhlükəsizlik orqanlarının rəhbərləri, həmçinin parlamentin müdafiə və xarici əlaqələr komissiyalarının rəhbərləri daxil olacaq.
Paşinyan yanvarın 28-də milli təhlükəsizlik strategiyasında dəyişiklik etdiyini açıqlayıb.
Ermənistanda hazırkı milli təhlükəsizlik strategiyası 2020-ci ildə qəbul edilib.