Ermənistanda seçkiqabağı təşviqat kampaniyası başlayıb
Bu barədə Ermənistan KİV-ləri xəbər verir
Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən rəsmən başlayır.
Bu barədə Ermənistan KİV-ləri xəbər verir.
Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb.
Qeydiyyatdan keçən siyasi qüvvələr bunlardır:
“Vətəndaş Müqaviləsi” Partiyası - sədr Nikol Paşinyan
“Çiçəklənən Ermənistan” Partiyası - sədr Qaqik Sarukyan
“Şnorhapetakan Hayastan” Partiyası - sədr Qurgen Simonyan
“Mən Hamıya Qarşıyam” Demokrat Partiyası - sədr Spartak Kyuregyan
“Güclü Ermənistan” Bloku (“Güclü Ermənistan”, “Yeni Era”, “Birləşmiş Ermənilər” partiyaları) - lider Samvel Karapetyan
“Demokratik Konsolidasiya” Partiyası - sədr Suren Petrosyan
“Birlik Qanadları” Partiyası - sədr Arman Tatoyan
“İşıqlı Ermənistan” Partiyası - sdər Edmon Marukyan
“Milli-Demokratik Qütb” Ümumerməni Partiyası - sədr Gevorq Karapetyan
“Ermənistan” Partiyalar Bloku - lider Robert Köçəryan
Xristian-Demokrat Partiyası - sədr Levon Şirinyan
Ermənistan Milli Konqresi Partiyası - Levon Zurabyan
“Yeni Güc” İslahatçılar Partiyası - sədr Hayk Marutyan
“Respublika” Partiyası - sədr Aram Sarqsyan
Proqressiv-Mərkəzçi “Alyans” İttifaqı - sədr Tiqran Urixanyan
İslahatçılar Partiyası - sədr Vaan Babayan
“Demokratiya, Qanun, Nizam” Partiyası - sədr Levon Bağdasaryan
“Koçari Milli Dirçəliş və Millətin Oyanışı” Partiyası - sədr Artak Sarqsyan
“Respublika naminə Demokratiya Müdafiəçiləri İttifaqı” Partiyası - sədr Arman Babacanyan
Təşviqat kampaniyası iyunun 5-i daxil olmaqla davam edəcək.
Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan bu gündən etibarən seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb.
2 dəqiqə