Ermənistanda hərbi xidmət müddəti azaldılıb
Paşinyan bu haqda “Facebook” sosial şəbəkəsində yazıb

Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, yanvarın 1-dən hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq.
Paşinyan bu haqda “Facebook” sosial şəbəkəsində video yazıb:
“Müdafiə naziri parlamentdəki müzakirələr nəticəsində Ermənistanda hərbi xidmət müddətinin iki il deyil, 1,5 il müəyyən edilməsini təklif edən qanunvericilik təşəbbüsünü dövriyyəyə buraxmışdı.
İlkin olaraq bu reqlamentin 2026-cı ildən qüvvəyə minməsi nəzərdə tutulurdu.Yay çağırışından bu gün müdafiə naziri ilə, əvvəlki dövrdə isə deputatlarla müzakirə apardım və qərara gəldik ki, qanun daha tez, yəni 2026-cı il yanvarın 1-dən qüvvəyə minsin.
Başqa sözlə, 2026-cı il yanvarın 1-dən qış çağırışından Ermənistanda hərbi xidmət müddəti iki il deyil, bir il yarım olacaq”, - Paşinyan bildirib.