XƏBƏRLƏR / Qonşular

İrəvan Konstitusiyanın dəyişdirilməsi tələbini qəbul etmir

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib

İrəvan Konstitusiyanın dəyişdirilməsi tələbini qəbul etmir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Finlandiyanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə keçirdiyi mətbuat konfransında deyib: "Ermənistan Bakının sülh müqaviləsinin imzalanması üçün Konstitusiyaya dəyişiklik edilməsi tələbini qəbul etmir.

    Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi və ya yeni Konstitusiyanın qəbul edilməsi Ermənistan Respublikasının tamamilə daxili işidir və bunu Ermənistan xalqı həll edəcək.

    Təəccüblənirəm ki, bu qədər dəqiqləşdirmələrdən sonra belə suallar davam edir, amma soruşsanız deyim ki, Ermənistan Respublikası heç bir üçüncü tərəf qarşısında öz Konstitusiyasına dəyişiklik etmək öhdəliyi götürməyib və etməyəcək də.

    Bəli, Azərbaycan Sülh müqaviləsinin imzalanmasını Konstitusiyamızla əlaqələndirməkdə davam edir, lakin biz bu əlaqəni qəbul etmirik".