Qarabağ separatçılarının “nümayəndəliyi”nin binası bağlanır?
Ermənistan parlamentinin sədri Alen Simonyanın buna eyham vurub YENILƏNIB
Ermənistan parlamentinin sədri Alen Simonyan Qarabağ separatçılarının İrəvandakı “nümayəndəliyi”nin binasından çıxarılmasının mümkünlüyünə eyham vurub.
O, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
Erməni spiker qondarma rejimin “hakimiyyətini” tanınmamış “respublika”nın ləğvində ittiham edib. Simonyan qeyd edib ki, bundan sonra mütəmadi olaraq qondarma “Artsaxın nümayəndəliyi”ndə görüşlər təşkil edir və bu günahı yumağa çalışırlar.
“Düşünürəm ki, biz indi həm də bu binanın təyinatını nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir”, - Simonyan vurğulayıb.
Parlamentinin spikeri "Ermənistan-Artsax" Parlamentlərarası Komissiyasının buraxılmasını da təklif edib:
“Biz Ermənistan-Artsax parlamentlərarası komissiyasının buraxılması məsələsini ciddi müzakirə etməliyik, çünki Dağlıq Qarabağ artıq mövcud deyil, Artsax rəsmisi deyə bir şey yoxdur və Ermənistanda belə status artıq yoxdur”, - deyə Alen Simonyan bildirib.
Simonyan həm də Bakıda həbsdə olan separatçılardan da danışıb.
O qeyd edib ki, saxlanılan ermənilərin qaytarılması məsələsi İrəvanla Bakı arasında sülh müqaviləsi layihəsinə daxil edilməyib.
Alen Simonyan xatırladıb ki, bu məsələ 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatında əksini tapıb: “Rusiya və Azərbaycan saxlanılanların qaytarılması məsələsini həll etməyə söz verib”.