İrəvan müqavilədən çıxartdığı bəndlərsiz sülh istəyir
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib
Ermənistan Azərbaycana artıq razılaşdırılmış prinsiplər əsasında sülh müqaviləsi bağlamağı təklif edir.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Mirzoyan Sülh müqavilsinin 16 bəndindən 13-nün razılaşdırdığını deyir.
Qeyd edək ki, baş nazir Paşinyan 17 bənddən 13-nün razılaşdırdığını demişdi. Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov erməni tərəfinin Müqavilədən 4 bəndi çıxarıb, layihəni Azərbaycan tərəfinə göndərməsini demişdi.
Mirzoyana Bakı-Naxçıvan yolunun Sünikdən keçən hissəsinə nəzarətin kommunikasiyaların bağlanması halında özəl şirkətə verilməsinin mümkünlüyü ilə bağlı sual verilib:
“Dəhliz”in yaradılması və nəzarətin başqa tərəfə verilməsi ilə bağlı heç bir şey müzakirə olunmur, biz dedik ki, Ermənistan üçün üçüncü qüvvələrin olması və üçüncü qüvvələrin nəzarəti istisnadır, bizim üçün bu, qəbuledilməzdir.
Bu başqa bir şey haqqındadır. Əslində, insanların təhlükəsizlik hissini müəyyən dərəcədə artırmaq üçün biz hər iki ölkədə lisenziyası olan, yük və ya sərnişinləri qatarda müşayiət edə bilən özəl mühafizə şirkəti cəlb edə bilərik.
Nəzərdə tutulan bloklanmamış infrastruktur boyunca ya dövlətin üçüncü tərəfinin, ya da özəl qurumun olması məqbul deyil”, - deyə Ermənistan XİN rəhbəri bildirib.