Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlandı
Bu barədə mərkəzin instagramdakı səhifəsində məlumat yer alıb
İran hakimiyyəti Güney Azərbaycanın Təbriz şəhərindəki universitetdə fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzini bağlayıb. Bu barədə mərkəzin instagramdakı səhifəsində məlumat yer alıb.
Məlumata görə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Qeyd edilib ki, mərkəzin Təbrizdən olan iki üzvü Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs olunub.