İran Müdafiə Şurasının yaradılmasını təsdiqləyib
Qurum ölkənin xarici təhdidlərdən qorunması, eləcə də müdafiə planlarına diqqət yetirəcək

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi Müdafiə Şurasının yaradılmasını təsdiqləyib. Bəyanata görə, bu qurum “ölkənin xarici təhdidlərdən qorunması, eləcə də müdafiə planlarına diqqət yetirilməsi və İslam Respublikası silahlı qüvvələrinin imkanlarının gücləndirilməsi” ilə bağlı məsuliyyət daşıyacaq.
Qeyd olunur ki, ölkə prezidenti Məsud Pezeşkian şuranın sədri təyin edilib və onun üzvlərinə qanunvericilik və məhkəmə orqanlarının rəhbərləri, həmçinin İran Silahlı Qüvvələrinin komandanı və müvafiq nazirliklərin nümayəndələri daxildir.
Eyni zamanda İranın müxalif "İran İnternational" telekanalının baş analitiki qeyd edib ki, bu şuranın məqsədi “rejimi qorumaq və onun süqutunun qarşısını almaqdır”. “12 günlük müharibənin (İsrail və İran arasında) gözlənilməzliyi Xameney\inin hərbi rəhbərlərə olan inamını sarsıtdı və indi o, SEPAH, ordu komandirləri və Silahlı Qüvvələrin Baş Qərargahını daha da institusionallaşdırmağa çalışır”, o vurğulayıb.