İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Ankaraya səfəri çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Türkiyə mətbuatı xəbər verir ki, XİN başçıları iki ölkə arasındakı münasibətləri və əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Nazirlərin birgə mətbuat konfransı keçirməsi gözlənilir.
Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi də Türkiyəyə səfər edəcək. Dəqiq tarix hələlik məlum deyil.
Son məlumata görə, Hüseyn Əmir Abdullahian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qəbulunda olub. Görüş Türkiyənin Ədalət və İnkişaf Partiyasının Baş ofisində baş tutub.