XƏBƏRLƏR / Qonşular

“Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq

Movlud Çavuşoğlu: Əks halda Türkiyə Ermənistana qarşı yeni addımlar atacaq VİDEO

“Nemezis” abidəsinin sökülməsi üçün rəsmi İrəvana xəbədarlıq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyə Ermənistanla normallaşma prosesində güzəştlər edib.

    Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. VİDEO

    O qeyd edib ki, Ankara bu addımları Azərbaycan-Ermənistan normallaşma prosesinə töhfə göstərmək üçün edib: “Amma onlar səmimi olmadıqlarını bir daha göstərdilər… Bizim Osmanlı paşalarımızı və azərbaycanlı qardaşlarımızı öldürən şəxslərə heykəlin ucaldılmasını qəbul edə bilmərik”.

    Nazir əlavə edib ki, Türkiyə tərəfi heykəlin sökülməsi ilə bağlı rəsmi İrəvana xəbərdarlıq edib və bu məsələyə dair Ermənistana qarşı yeni addımlar atacaq.

    Türkiyə bədnam heykəlin İrəvanda ucaldılmasından sonra öz hava məkanını Ermənistan təyyarələri üçün tam qapadıb.