Heç kim iri regional layihələrin inkişafına mane ola bilməz
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bəyan edib
Heç kim Azərbaycanla Rusiya arasında mehriban qonşuluq münasibətlərinə zərbə vura və iri regional layihələrin inkişafına mane ola bilməyəcək.
Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov “Moskva-Bakı: iki paytaxtın dialoqu” konfransında deyib.
Boçarnikov qeyd edib ki, Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərdə müsbət irəliləyişlər Qərbin görünməmiş təzyiqləri fonunda baş verir və bu təzyiqlər Rusiyaya dost ölkələri anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur edir.