Ermənistandakı AES-in ikinci enerji blokunda profilaktik təmir başlayıb.
Bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Rusiya Federasiyası, Xorvatiya, Çexiya və digər ölkələrdən mütəxəssislərin cəlb olunacağı təmir 75 gün davam edəcək. Ermənistan Milli Elmlər Akademiyasının mətbuat xidmətindən verilən məlumata görə, enerji blokunun yenidən işə salınması iyulun 18-nə planlaşdırılır.
Ötən il də Ermənistandakı AES-in fəaliyyəti planlı profilaktik təmir çərçivəsində 73 gün müddətinə dayandırılmışdı.