Hulusi Akar Ermənistana xəbərdarlıq etdi
Sülh prosesi uzandıqca yenidən hərbi əməliyyatların baş verməsi təhlükəsi artır
Bakı ilə İrəvan arasında tezliklə sülh bağlamasına olan ümidlər sönür - Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın TRT World televiziyasının saytında dərc olununan məqaləsində deyilir.
Nazir yazır ki, cəbhə xəttində Ermənistan və Azərbaycan qoşunları arasında fərq qoyulmadan atışmalar və gərginlik, o cümlədən tərəflərin sülh razılaşması əldə etmək cəhdlərinin uğursuzluğu narahatlıq doğurur. Vəziyyət qeyri-sabitdir və tezliklə sülh sazişinə ümidlər sönməkdədir.
Akar qeyd edir ki, Ermənistan və onun qonşuları - Azərbaycan və Türkiyə arasında münasibətlərin tam normallaşması Qafqaz regionunun bütün sakinləri üçün yeni imkanlar yaradacaq və inşallah, tarixi düşmənçiliyi aradan qaldırmaqla davamlı dostluq və əməkdaşlığa yol açacaq.
Nazir sonda yazır: "Lakin biz çətin vəziyyəti nəzərə almalıyıq. Münaqişə indi dondurulsa da, sülh prosesi uzandıqca yenidən hərbi əməliyyatların baş verməsi təhlükəsi artır."