Ermənistanda Konstitusiya referendumu keçiriləcək
Bu barədə “News.am" "Past” qəzetinə yazıb
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Konstitusiya referendumu mütləq yazda keçiriləcək və Mərkəzi Seçki Komissiyası artıq onun təşkili ilə bağlı hazırlıq işləri aparır. Bu barədə “News.am" "Past” qəzetinə yazıb.
“Dağlıq Qarabağ ətrafında vəziyyət mürəkkəbləşsə də, Ermənistan hakimiyyəti ardıcıl olaraq Konstitusiya dəyişiklikləri üzərində işləyir. Gələn həftə Konstitusiya dəyişiklikləri komissiyası layihənin yekun variantının müzakirəsini aparacaq. Hakimiyyətə xidmət edən bir sıra hüquqşünasların da iştirak etdiyi tam versiya ilə bağlı artıq peşəkar müzakirələr aparılıb. Bir sıra aparıcı hüquqşünaslar prosesə dəvət alsalar da, müzakirəyə getməyiblər, bəziləri isə əvvəlcə imtina ediblər”, - deyə nəşr qeyd edir.