XƏBƏRLƏR / Qonşular

Gürcüstan, Türkiyə və Azərbaycan sıx əməkdaşlıq nümunəsidir

Bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib

Gürcüstan, Türkiyə və Azərbaycan sıx əməkdaşlıq nümunəsidir
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bildirib ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında əməkdaşlıq indi daha da böyük əhəmiyyət kəsb edir.

    Gürcüstanın xarici işlər naziri Maka Boçorişvilinin Türkiyədə keçirilən "Ankarada Müttəfiqlər" forumunda panel müzakirəsindəki digər açıqlamaları:

    • Regionumuz Gürcüstan-Türkiyə-Azərbaycan formatında uğurlu əməkdaşlıq nümunəsinə malikdir. Ölkələr arasında onilliklər ərzində qurulan strateji tərəfdaşlıq indi təhlükəsizlik baxımından daha da vacibdir. Üç ölkənin birgə həyata keçirdiyi enerji layihələri və nəqliyyat dəhlizləri indi tamamilə fərqli bir məna kəsb edir;
    • Mövcud geosiyasi kontekstdə Cənubi Qafqazın və Qara dəniz bölgəsinin strateji əhəmiyyəti artıb;
    • Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki hadisələr nəzərə alınmaqla, Qara dəniz bölgəsinə, Cənubi Qafqaza və Gürcüstana münasibət dəyişir;
    •  Mühüm geoiqtisadi və geosiyasi məkanı təmsil edən Orta Dəhlizin rolu artır.