İraqda Xamenei ilə vida mərasimi keçirilir
Xameneinin cənazəsi Nəcəfə, oradan Kərbəlaya aparılıb
İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə İraqda vida mərasimi keçirilir.
İran mediasının xəbərinə görə, Xameneinin cənazəsi Nəcəfə, oradan Kərbəlaya aparılıb.
Cənazə həmçinin, İmam Əli və İmam Hüseynin hərəmlərinə də aparılıb.
İran Prezidenti Məsud Pezeşkian bu gün səhər saatlarında Seyid Əli Xameneinin dəfn mərasimində iştirak etdikdən və İmam Əlinin ziyarətgahını ziyarət etdikdən sonra Nəcəfdən Tehrana yola düşüb.

Qeyd edək ki, Əli Xameneinin cənazəsi sabah İranın Məşhəd şəhərində torpağa tapşırılacaq.
1 dəqiqədən az