Türkiyədə Xarici Işlər Nazirliyinin 15 əməkdaşı həbs edilib
XİN-nn hal-hazırki və keçmiş əməkdaşları FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinir

Türkiyədə FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 15 nəfər həbs edilib. Onlardan 8-nin Xarici İşlər Nazirliyinin əməkdaşı, 8-nin əvvəllər Xarici İşlər Nazirliyində, daha birinin isə başqa qurumda çalışdığı qeyd edilir.
“TRT Haber” xəbər verir ki, həbs əməliyyatları mərkəzi Ankara olmaqla 4 əyalətdə həyata keçirilib.
FETÖ hərəkatı 2016-cı il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhdi təşkil etdikdən sonra Fars körfəzi ölkələri, Pakistan və Türkiyənin özündə terror təşkilatı kimi tanınıb. 20 oktyabr 2024-cü ildə təşkilatın lideri Fətullah Gülən ABŞ xəstəxanasında vəfat edib.