Berdiməməmmədov Mikayıl Cabbarovu qəbul edib
Bu barədə türkmən saytları xəbər verir
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistana səfər edib. Dövlət xəbər agentliyi TDH-nin məlumatına görə, onu Xalq Şurasının (Xalq Məclisi) sədri Qurbanqulu Berdiməhəmmədov qəbul edib. Berdiməhəmmədov Prezident Serdar Berdiməhəmmədovun Azərbaycana son dövlət səfərinin əhəmiyyətini qeyd edərək, "Dostluq" gəmisinin hədiyyə edilməsinə görə Azərbaycan tərəfinə bir daha minnətdarlığını bildirib.
Keçmiş prezident bildirib ki, 19 oktyabr - 30 noyabr tarixlərində Türkmənistanda Heydər Əliyev Fondu və Qayğıya Ehtiyacı Olan Uşaqlara Yardım Xeyriyyə Fondu tərəfindən birgə keçirilməsi planlaşdırılan "Ene-təbiqat" ("Ana Təbiət") beynəlxalq tədbirinə hazırlıq işləri görülür.
***
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir bu barədə “X” hesabında paylaşım edib.
“Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfərimiz zamanı Prezident cənab Sərdar Berdiməhəmmədovun qəbulunda olduq.
Dövlət başçılarımızın dostluq və qardaşlıq münasibətlərinin, cənab Prezident Sərdar Berdiməhəmmədovun Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələri daha da möhkəmləndirdiyini vurğuladıq.
Biznes tərəfdaşlığının şaxələndirilməsi, birgə təşəbbüslərin təşviqi və regional iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük”,- nazir əlavə edib.
1 dəqiqə