Bu gün Türkiyədə Atatürkü Anma, Gənclik və İdman Bayramıdır
VİDEO
1919-cu il mayın 19-u “Ya istiqlal, ya ölüm” şüarı ilə aparılan Qurtuluş Savaşının başlanğıcı kimi tarixə düşdü.
Atatürk istəyirdi ki, Türkiyənin gənc oğulları onun ideallarına tabe olsunlar. “Yorulsan belə, arxamca gələcəksən” dedi. O, həmişə qərarlı idi.
Atatürk fikrincə, Cüünmhuriyyəti daşıyacaq gənclər idi. Ona görə də ən böyük işini gənclərə həvalə edib.
Mustafa Kamal və onun yaratdığı milləti bütün kodları ilə tanıyan yaxın kadrları milli mübarizəni və Qurtuluş Savaşını qazandıqdan sonra yeni qurulan Türkiyə dövlətinin kimin çiynində ayağa qalxacağını çox gözəl bilirdilər və bunlar gənclər idi. Bunun üçün çox ağır bədəl ödəmiş və bunu ürəklə etmişdilər”.
Atatürk heç vaxt gənclərlə əlaqəni kəsməyib. Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, festivalın sahibi olan gənclər Ulu Öndərin irsini onun rəhbərliyi ilə gələcəyə daşımaqda davam edirlər.