XƏBƏRLƏR / Qonşular

"İran Azərbaycanla qardaşlıq əlaqələrini istəyir"

Bunu İran Prezidenti Məsud Pezeşkian Kirmanşah vilayətinə səfəri zamanı deyib

"İran Azərbaycanla qardaşlıq əlaqələrini istəyir"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran region ölkələri, o cümlədən, Azərbaycanla səmimi münasibətlər və qardaşlıq əlaqələri istəyir.

    Bunu İran Prezidenti Məsud Pezeşkian bu gün İranın Kirmanşah vilayətində iş adamları ilə baş tutan görüşdə deyib.

    Onun sözlərinə görə, İran regionun bütün ölkələri - Azərbaycan, Türkmənistan, Rusiya, Əfqanıstan, Pakistan, İraq, Səudiyyə Ərəbistanı ilə bərabərlik və hərtərəfli əlaqələrin tərəfdarıdır.

    İran Prezidenti bildirib ki, region və qonşu ölkələrlə qarşıdurmaya və başqalarının bundan faydalanmasına heç bir səbəb yoxdur.