Mirzoyan da rusların "Zvartnots"dan çıxmasını tələb edir
Bu barədə Ermənistanın xarici işlər naziri mətbuat konfransında deyib
"Ermənistan müstəqil şəkildə "Zvartnots" hava limanında sərhəd xidmətini həyata keçirə bilər." Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan ölkənin Təhlükəsizlik Şurasının Rusiya sərhədçilərinin İrəvan hava limanından çıxarılması ilə bağlı bəyanatını belə şərh edib.
“Əvvəldən Rusiya sərhədçilərinin, xüsusən də "Zvartnots" hava limanında olması Ermənistan dövlətinə dəstək kimi nəzərdə tutulmuşdu və Ermənistana lazım olduğu müddətdə planlaşdırılırdı. Ermənistanın institusional imkanları olduqda isə bu funksiyaları ölkənin müvafiq qurumları öz üzərinə götürəcək. İndi biz hesab edirik ki, Ermənistan institusional baxımdan müstəqil şəkildə sərhəd xidmətini həyata keçirmək iqtidarındadır və bu barədə Rusiyaya məlumat vermişik”, - deyə nazoir vurğulayıb.
Beləliklə, Ermənistanla Rusiya arasında soyuq münaqişə davam edir. Rusiya radıkalları əmindilər ki, "Zvartnots"dan sonra, Gümrüdəki 102 hərbi bazanın Ermənistandan çıxarılması gündəmə gələcək