Ermənistan Rusiya sərhədçilərini hava limanından çıxarır
Russia rəsmilərinin bundan xəbərləri yoxdur, Moskva məlumatı təkzib edir YENİLƏNİB
"Ermənistan Rusiya sərhədçilərinin paytaxtın "Zvartnots" hava limanında olması ilə bağlı Rusiyaya rəsmi məktub göndərib”, - deyə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Hakimiyyətin mövqeyi ondan ibarətdir ki, ancaq Ermənistan sərhəd qoşunları hava limanında xidmət göstərməlidir. Bunun üçün Ermənistanın hər cür imkanı var.
Eyni zamanda TŞ katibi Rusiya sərhədçilərinin Sünik (Zəngəzur) vilayətindən çıxarılması məsələsi müzakirə edilmədiyini bildirib.
Lakin Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya İrəvandakı Zvartnots hava limanından rus sərhədçilərinin çıxarılmasının zəruriliyi ilə bağlı heç bir bildiriş almayıb.
“Bizim anladığımız qədər bu məsələ ilə bağlı heç bir qərar olmayıb. Bu qərarları heç kim bizə rəsmi kanallarla çatdırmayıb”, – Peskov bildirib.