İranda minə yaxın qadın məhbus əfv edildi
Bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi bildirib
İranda Məhəmməd peyğəmbərin qızı həzrət Fatimənin doğum günü münasibətilə 975 qadın məhbus azadlığa buraxılıb. Bunu İranın Məhkəmə Hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsini Ejeyi bildirib. O bildirib ki, həbsdə olan 6 min qadına məzuniyyət verilib.
Qərara əsasən, İranın 15 əyalətində 502 məhbus azadlığa buraxılıb, 4 mindən çox məhbusun işində müxtəlif güzəştlər tətbiq olunub.
Qeyd edilib ki, son bir ayda 4 mindən çox məhbus azadlığa çıxıb.