Antalyanın Manavqat vilayətində dənizdən iki meyit tapılıb.
Bu barədə "Cumhuriyyet" saytı məlumat yayıb.
Taşağlı və Kızılot bölgəsində sahildə iki meyitin tapılması barədə Jandarmaya məlumat daxil olub.
Tanınmaz halda olan iki kişi meyiti müayinə olunması üçün morqa təhvil verilib.
Xatırladaq ki, üç gün əvvəl Çenger və Alanya çimərliklərində iki cəsəd çürümüş vəziyyətdə tapılmışdı.