Lavrov qondarma soyqırım abidəsini ziyarət etmək istəməyib
Bunu Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan deyib

Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun qondarma soyqırım abidəsi Tsitsernakaberdi ziyarət etməsini şərh edib:
"Rusiya xarici işlər nazirinin işgüzar səfəri proqramının hazırlanması zamanı Rusiya tərəfi nazir Lavrovun Böyük Vətən müharibəsində Qələbənin ildönümü ilə əlaqədar Qələbə Parkını ziyarət edəcəyini bildirib.
Badalyan qeyd edib ki, işgüzar səfərlər zamanı bu cür komponentlərin proqrama daxil edilməsi səfər edən tərəfin təşəbbüsü ilə həyata keçirilir.
"Ermənistan tərəfi səfər proqramının müəyyən edilmiş komponentləri üzrə bütün lazımi protokol və hazırlıq işlərini təmin edib”.