"İrəvana cırıq köynəkdə gələn Köçəryanın mülkü aşkar edildi"
Bunu Ermənistan baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib

"Ermənistana cırıq köynəkdə gələn (hərbi cani - ANSPress) Robert Köçəryan Ermənistan və Rusiyadakı varidatından başqa, həm də Yunan adasında 6200 kvadratmetr torpaq sahəsində tikilmiş 600 kvadratmetrlik malikanənin sahibi olub", - baş nazirinin aparat rəhbərinin müavini Taron Çaxoyan deyib.
Şəkillər Yunanıstanın Mikonos adasını göstərir, burada Köçəryanlar Ano Mera ərazisində 6200 kvadrat metrlik torpaq sahəsində tikilmiş 600 kvadratmetrlik malikanənin ortaq sahibi olublar.
Ermənistan prokurorluğu Köçəryanın oğlu Sedrakın adına olan Yunanıstanın Mikonos adasındakı Ano Mera ərazisində yerləşən, təxminən 1,3 milyard dram (3,5 milyon dollar) dəyərində olan şəxsi evinin müsadirə edilməsini tələb edir.