11 mindən çox Türkiyə vətəndaşı Azərbaycanda səs verəcək
Türkiyə vətəndaşları Azərbaycanda 3 məntəqədə səs vermək imkanına sahib olacaqlar
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar 11 036 nəfər Türkiyə vətəndaşı Azərbaycanda səs verə biləcək.
“Haber Global” xəbər verir ki, bu barədə Türkiyənin Ali Seçki Komissiyasından bildirilib.
Türkiyə vətəndaşları Azərbaycanda 3 məntəqədə səs vermək imkanına sahib olacaqlar.
Xatırladaq ki, Türkiyədə keçiriləcək prezident seçkilərində dörd nəfərin namizədliyi qeydə alınıb. Bunlar hazırkı prezident, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri, "Cümhur İttifaqı"nın vahid namizədi Rəcəb Tayyib Ərdoğan, əsas müxalifət qüvvələrinin birləşdiyi "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, CHP-dən qopmuş Məmləkət Partiyasının sədri və namizədi Muharrem İnce və ultra-sağçı qüvvələrin konsolidasiya olunduğu "ATA İttifaqı"nın irəli sürdüyü namizəd Sinan Oğandır.