XƏBƏRLƏR / Qonşular

Paşinyan Baş nazir postuna namizəd oldu

Bu barədə Ermənistanın baş naziri sosial şəbəkə hesabında məlumat verib

Paşinyan Baş nazir postuna namizəd oldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistanda “Vətəndaş müqaviləsi” partiyasının daxili səsverməsinin iki mərhələsinin nəticələri açıqlanıb. Nəticələrə əsasən, ölkənin baş naziri Nikol Paşinyan yenidən baş nazir postuna namizəd göstərilib.

    Bu barədə Paşinyan sosial şəbəkə hesabında məlumat verib.

    "Mənə yenidən etimad göstərdikləri, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik etdikləri və Ermənistan Respublikasının Baş naziri vəzifəsinə namizəd olmaq şərəfini mənə yaşatdıqları üçün bütün partiya dostlarıma təşəkkürümü bildirmək istəyirəm," - baş nazir qeyd edib.

    Qeyd edək ki, Ermənistanda parlament seçkiləri 7 iyun tarixində keçiriləcək.