Müctəba Xamenei Qum şəhərində huşsuz vəziyyətdədir
Bu barədə "The Times" qəzeti ABŞ-İsrail kəşfiyyatına istinadən yazır
İranın dini lideri Müctəba Xamenei ciddi səhhət problemləri səbəbindən huşsuz vəziyyətdədir və Qum şəhərində müalicə alır - The Times.
ABŞ-İsrail kəşfiyyatına əsaslanan diplomatik memoranduma görə, o, hazırda ölkəni idarə etmək və ya inzibati qərarların qəbul edilməsində iştirak etmək iqtidarında deyil.
Müharibə başlayandan bəri Xameneinin harada olduğu barədə məlumatın ilk dəfə açıqlanmasıdır. Onun 28 fevralda, ilkin hərbi hücumlar zamanı yaralandığı güman edilir. Hazırda İran liderinin son dərəcə ağır səhhəti onun hökumət proseslərində iştirak etməsinə mane olur.
1 dəqiqədən az