Aprelin 6-da İlham Əliyev Gürcüstana səfər edəcək
Bu barədə "Azadlıq" radiosunun Gürcüstan Xidməti məlumat yayıb
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər edəcək. Məlumatlı mənbə bu məlumatı Azadlıq Radiosunun Gürcüstan Xidmətinə təsdiqləyib. Əliyevin sabah, 6 apreldə Tbilisiyə gələcəyi gözlənilir. Tbilisinin mərkəzində Azərbaycan bayraqları dalğalanır ki, bu da yüksək vəzifəli qonağın səfəri haqda xəbər verir.
Xatırladaq ki, Azərbaycan Prezidenti sonuncu dəfə Gürcüstana 2023-cü ilin oktyabrında səfər etmişdi. Əliyev o vaxtkı baş nazir İrakli Qaribaşvili ilə danışıqlar aparıb.
2024-cü ildə Gürcüstanda keçirilən parlament seçkilərindən sonra Əliyev Bakıda Gürcüstanın Baş naziri İrakli Kobaxidze, altıncı prezident Mixeil Kavelaşvili və kabinet üzvləri də daxil olmaqla bir neçə Gürcüstan hökumət rəsmisini qəbul edib.
1 dəqiqədən az