Əli Əsədov Tehranda Məhəmməd Rza Arefi ilə görüşüb
Məlumatı Nazirlər Kabineti yayıb

İyulun 30-da Azərbaycanın Baş naziri Əli Əsədov Tehranda İranın yeni təyin olunmuş birinci vitse-prezidenti Məhəmməd Rza Arefi ilə görüşüb, Nazirlər Kabineti məlumat yayıb.
Əli Əsədov Məhəmməd Rza Arefi İranın birinci vitse-prezidenti vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Görüşdə iki dövlət arasında tarixi köklərə söykənən əlaqələrin hazırkı dövrdə ticarət-iqtisadi, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə inkişafından məmnunluq ifadə olunub. Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.