İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib

Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir YENİLƏNİB/FOTO

  • Oxuma müddəti:

    0 dəqiqə

  • 14:39

    Azərbaycandan İran İslam Respublikasına göndərilən humanitar yardımı daşıyan yük maşınları “Astara” dövlət sərhədindən buraxılış məntəqəsindən keçərək qonşu ölkəyə yola salınıb.

    ***

    10:10

    İrana 30 tona yaxın müxtəlif qida məhsulları göndərilib.

    Bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Ehtiyatlara Nəzarət Departamentinin direktoru Emin Həsənzadə deyib.

    O bildirib ki, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin avtomobilləri ilə İrana 30 tona yaxın qida məhsulları yolla salınır:

    "Humanitar yardıma un, düyü, qənd, çay, eyni zamanda dərman ləvazimatları da daxildir. Avtomobillər artıq yola düşməkdədir".