Ermənilər Zəngəzur dəhlizində yol çəkilişinə başlayıblar
Bu barədə "Armenpress" agentliyi məlumat və görüntülər yayıb

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Davit Xudatyan "Armenpres"ə billdirib ki, Şvanidzor, Nrnadzor (Nüvədi), Agarak və Meğrini birləşdirən yeni yolda aktiv tikinti işləri gedir.
VİDEO
Xəritədən göründüyü kimi, Zəngəzur dəhlizində avtomobil yolunun çəkilişinə artıq start verilib.
Nazirin sözlərinə görə, ərazidə partlayış işləri və tunel qazma prosesi aktiv şəkildə aparılır.
Yolun nə zaman hazır olunacağı haqda məlumat verilmir.