XƏBƏRLƏR / Qonşular

Ermənistanın yeni Konstitusiya mətni gələn il hazır olacaq

Bunu Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts deyib

Ermənistanın yeni Konstitusiya mətni gələn il hazır olacaq
Tiqran Dadunts
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ermənistan Konstitusiyasının yeni mətni 2026-cı il seçkilərinə qədər hazır olmalıdır.

    Bunu Ermənistan ədliyyə nazirinin müavini Tiqran Dadunts hökumətin brifinqində deyib.

    Onun sözlərinə görə, Konstitusiya İslahatı Şurası buraxılmayıb, o, hazırda fəaliyyət göstərir və mətn üzərində işdə Ədliyyə Nazirliyi onlarla əməkdaşlıq edir: "Konstitusiya hər bir dövlətin və dövlətçiliyin əsasını təşkil etdiyi üçün qanunauyğunluğu ictimaiyyət tərəfindən şübhə altına alınmayan Konstitusiyaya sahib olmalıyıq".

    Nazir müavini qeyd edib ki, preambulada dəyişiklik edilməsi məsələsi müzakirə olunmur.