XƏBƏRLƏR / Qonşular

İran-Azərbaycan Dostluq Qrupunun sədri Bakıdadır

Bu barədə İRNA xəbər yayıb

İran-Azərbaycan Dostluq Qrupunun sədri Bakıdadır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran-Azərbaycan Dostluq Qrupunun rəhbəri Sudeyf Bədri Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İran və Azərbaycan parlamentləri ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ilə görüşüb.

    Görüşdə Bədri qarşılıqlı səfərlərin təkcə diplomatik münasibətlərin deyil, həm də parlamentlərarası əlaqələrin möhkəmlənməsinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib.

    O, həmçinin İran və Azərbaycan Respublikası arasında əlaqələrin dostluq və qarşılıqlı hörmət prinsipləri əsasında gələcəkdə daha da inkişaf edəcəyinə inandığını vurğulayıb.